[b]“Real” kubokla vidalaşdı, “Atletiko” yarımfinalda[/b]
26.01.2017 - 09:51
[b]“Real” kubokla vidalaşdı, “Atletiko” yarımfinalda[/b]

İspaniya kubokunda daha 2 yarımfinalçının adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Alaves”in ardınca “Atletiko” və “Selta” da ¼ final mərhələsindən üzüağ çıxıb.

 

İlk görüşdə “Eybar”ı 3:0 hesabı ilə məğlub edən “Atletiko” cavab matçında 2:2 hesablı heç-heçəyə imza atıb. Nəticədə Dieqo Simeonenin yetirmələri adlarını yarimfinala yazdırıblar.

 

Madridin digər təmsilçisi “Real” isə kubokda mübarizəni dayandırıb. “Santyaqo Bernabeu”da “Selta”ya 1:2 hesabı ilə məğlub olmuş “kral klubu” səfərdə keçirilən cavab matçında lazım olan nəticəyə imza ata bilməyib. Görüş 2:2 hesabı ilə nəticələnib.

 

Son yarımfinalçının adına isə bu gün keçiriləcək “Barselona” – “Real Sosyedad” matçında aydınlıq gələcək. Bu komandaların ilk görüşündə “Barselona” səfərdə 1:0 hesablı qələbə qazanıb.

 

 

İspaniya kuboku

¼ final mərhələsinin cavab oyunları

25 yanvar

 

“Eybar” – “Atletiko” – 2:2

Qollar: Enrix, 73; Leon, 80 – Ximenes, 49; Xuanfran, 85

İlk oyun – 0:3

 

“Selta” – “Real” – 2:2

Qollar: Danilo, 44 (avtoqol); Uass, 85 – Ronaldo, 62; Lukas, 90

İlk oyun – 2:1

 

26 yanvar

00:15. “Barselona” – “Real Sosyedad”

İlk oyun - 1:0