[b]“Real” Pepeyə əvəzləyici tapdı[/b]
18.02.2017 - 15:01
“Mançester Siti”nin müdafiəçisi Nikolas Otamendi yenidən İspaniyaya qayıda bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 29 yaşlı oyunçu “Real”ın diqqət mərkəzinə düşüb.
Bu mövsüm əsas heyətə düşməkdə çətinlik çəkən Pepe tezliklə “kral klubu”nu Çinə dəyişmək fikrinə düşüb. Onun yerinə oyunçu axtarışına çıxan madridlilər Argentina millisinin üzvünə “elçi düşüblər”.
Qeyd edək ki, bu mövsüm 20 oyunda, 2 qol vuran Nikolas Otamendi 2014-15 mövsümünü “Valensiya”da keçirib.
0
0