[b]“Real” və “Bavariya”nın Qulam mübarizəsi[/b]
01.02.2017 - 10:33
[b]“Real” və “Bavariya”nın Qulam mübarizəsi[/b]

“Napoli”nin futbolçusu Fauzi Qulam karyerasını İspaniyada davam etdirə bilər. Apasport.az saytı “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, əlcəzairli müdafiəçi ilə “Real” yaxından maraqlanır.

 

Madrid klubunun baş məşqçisi Zinəddin Zidan 25 yaşlı futbolçunun oyununu bəyənir və rəhbərliklə söhbətində onun “Real”a əlavə güc qatacağını bildirib. “Zizu” müdafiənin sol cinahında çıxış edən Qulamı Marselonun əvəzləyicisi qismində düşünür. Lakin bu keçidi həyata keçirmək “kral klubu” üçün asan olmayacaq. Belə ki, “Bavariya” da Əlcəzair yığmasının üzvü ilə danışıq aparır.

 

“Napoli” ilə 2018-ci ilin yayına qədər müqaviləsi olan Qulam hazırkı komandasında ilə 900 min avro məvacib alır. “Real” və “Bavariya” rəhbərliyi də məhz bunu əsas götürərək, futbolçunun daha çox maaş almaq üçün komandasını dəyişməyə razı olacağını düşünür.

 

Qeyd edək ki, “Sent-Etyen”in yetirməsi olan Fauzi Qulam 2014-cü ildən “Napoli”nin formasını geyinir.