[b]“Real” və PSJ-nin istəyi boşa çıxdı[/b]
21.09.2016 - 12:51
Fransa yığmasının futbolçusu Dmitri Payenin gələcək taleyinə aydınlıq gəlib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “Vest Hem” rəhbərliyi 29 yaşlı yarımmüdafiəçini satmağa razılaşmayıb.
Bu səbəbdən onlar Madrid “Real”ı və PSJ-nin rəsmi təklifini geri çeviriblər. “Çəkicdöyənlər” Paye ilə əməkdaşlığı davam etdirmək istədiklərini bildiriblər.
Qeyd edək ki, əvvəllər “Nant”, “Sent-Etyen”, “Lill” və “Marsel” kimi klubların formasını geyinmiş Paye 2015-ci ildən “Vest Hem”də çıxış edir.
0
0