[b]“Real”da daha bir yeni müqavilə[/b]
28.09.2017 - 18:28
Madrid “Real”ı heyətinin özəyini qorumaqda davam edir. Apasport.az saytının məlumatına görə, “kral klubu” daha bir aparıcı futbolçusunu saxlamağa müvəffəq olub.
Belə ki, müdafiəçi Rafael Varan klubla olan müqavilə müddətini yeniləyib. Sazişə əsasən, Fransa millisinin üzvü 2022-ci ilə qədər İspaniya çempionuna məxsus olacaq. Müqavilənin maliyyə tərəfinin detalları barədə isə açıqlama verilməyib.
Qeyd edək ki, Rafael Varan “Real”a 2011-ci ildə “Lans”dan keçib.
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi
- “Qalatasaray”ın futbolçusu 10 Avropa nəhənginin hədəfində
- Aykut Kocamandan “Fənərbaxça”ya qayıtmaq üçün şərt – Oğuz Çetin getməlidir
0
0