[b]“Real”dan 2-ci rəsmi transfer[/b]
11.07.2017 - 15:03
“Real” mövsümlərarası fasilədə növbəti transferini gerçəkləşdirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “kral klubu” “Betis”in yarımmüdafiəçisi Daniel Sebalyosla münasibətləri rəsmiləşdirib.
“Barselona”nın da maraq dairəsində olan 21 yaşlı orta sahə oyunçusu Madrid təmsilçisində tibbi müayinədən keçdikdən sonra rəsmi sazişə qol çəkib. İspaniya gənclər millisinin üzvü yeni komandası ilə 6 illik müqavilə imzalayıb.
Qeyd edək ki, “Real” Sebalyosdan əvvəl “Atletiko”nun sol cinah müdafiəçisi Teo Ernandesi transfer etmişdi.
0
0