[b]“Real”dan milyonluq mükafat[/b]
29.11.2017 - 00:38
[b]“Real”dan milyonluq mükafat[/b]

“Real” oyunçularına əlavə mükafat ödəyib. Apasport.az saytı xəbər verir ki, “kral klubu” ötənilki uğurlu çıxışa görə, hər futbolçusuna ayrılıqda 1 milyon avro mükafat verib.

 

Madrid təmsilçisi 2016/17 mövsüm Çempionlar Liqası və İspaniya çempionluğunu, eyni zamanda İspaniya və Avropa Super Kubokunu qazanıb.

 

Qeyd edək ki, klub əsas komandanın oyunçu və məşqçi heyətinə yeni il hədiyyəsi olaraq 110 min avro da ödəyəcək.

0