İsveç millisinin gənc ulduzu Aleksandr İsak ölkəsində rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, AİK-in üzvü “Borussiya”ya keçərkən İsveçdən xaricə transfer olunan ən bahalı oyunçu olub.
9.5 milyona Almaniya klubuna keçən İsak 2001-ci ildə “Malmö”dən “Ayaks”a transfer olmuş Zlatan İbrahimoviçin rekordunu yeniləyib. Onun üçün 16 il əvvəl 8.7 milyon avro ödənmişdi.
Qeyd edək ki, İspaniyanın nüfuzlu “Marka” nəşri oyunçunun “Real”a keçidinin həll olunduğunu yazsa da, İsak gözlənilməz bir şəkildə “Borussiya”ya transfer olub. O, yığmada qol vuran ən gənc futbolçu kimi İsveç futbolunun tarixinə düşüb.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı