La Liqanın XIV turu çərçivəsində “Barselona”nın qonağı olacaq Madrid “Real”ının meydana hansı heyətlə çıxacağı bəlli olub. Apasport.az saytı İspaniyanın AS nəşrinə istinadən xəbər verir ki, “qalaktikos”un baş məşqçisi Zinəddin Zidan “El-Klasiko”ya buraxacağı “11-liy”i müəyyənləşdirib.
İspan həmkarlarımızın fikrincə, “Real” matça bu heyətlə çıxacaq: Keylor Navas, Daniel Karvahal, Rafael Varan, Serxio Ramos, Marselo, Luka Modriç, Mateo Kovaçiç, İsko, Lukas Vaskes, Kriştianu Ronaldo və Kərim Benzema.
Qeyd edək ki, sabah keçiriləcək “Barselona” – “Real” görüşü saat 19:15-də start götürəcək.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı