[b]“Real”ın avtobusunu alman polisi müşayiət edəcək[/b]
12.04.2017 - 16:10
[b]“Real”ın avtobusunu alman polisi müşayiət edəcək[/b]

Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində dünən keçirilməli olan “Borussiya” – “Monako” qarşılaşması öncəsi Dortmundda baş verən partlayışla əlaqədar, təhlükəsizlik tədbirləri gücləndirilib. Apasport.az saytının məlumatına görə, Almaniya polisi bu gün Münhendə “Bavariya”nın qonağı olacaq “Real” klubuna baş çəkib.

 

Belə ki, polis əməkdaşları Madrid təmsilçisinin Təhlükəsizlik Xidmətinin nümayəndələri ilə görüşüblər. Görüş zamanı qonaqlar təhlükəsizliklə bağlı protokolda edilən bəzi dəyişikliklərlə bağlı məlumatlandırılıblar.

 

Bildirilib ki, “Real”ın futbolçularını daşıyan avtobusu alman polisi müşayiət edəcək. Bundan əlavə, “kral klubu”nun üzvlərinə məsləhət görülüb ki, başlarını nəqliyyat vasitəsinin şüşəsindən kənara çıxarmasınlar və imkan daxilində pəncərələrdən kənarda əyləşsinlər.

 

Qeyd edək ki, “Bavariya” – “Real” matçı Bakı vaxtı ilə 22:45-də start götürəcək.   

 

 

 

0