[b]“Real”ın daha bir futbolçusu zədələndi - FOTO[/b]
24.01.2017 - 18:46
[b]“Real”ın daha bir futbolçusu zədələndi - FOTO[/b]

Madrid “Real”ının futbolçusu Hames Rodriges zədələnib. Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, kolumbiyalı yarımmüdafiəçi sol ayağından xəsarət alıb. 

 

Rodriges bu səbəbdən “kral klubu”nun dünənki məşqində iştirak etməyib. Onun təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Məlumat klub tərəfindən hələ təsdiqlənməsə də, Hamesin komandasına bir müddət kömək etməyəcəyi dəqiqdi.

 

“Real”da Qaret Beyl, Pepe, Daniel Karvahal, Marselo, Luka Modriç və Danilo da zədədən əziyyət çəkirlər. Bundan əlavə, İspaniya kubokunda “Selta” ilə keçiriləcək cavab matçında Kriştianu Ronaldonun da iştirakı sual altındadı.