[b]“Real”ın futbolçusu FİFA-nı tənqid etdi[/b]
04.09.2017 - 13:16
[b]“Real”ın futbolçusu FİFA-nı tənqid etdi[/b]

Madrid “Real”ının yarımmüdafiəçisi Luka Modriç FİFA-nı tənqid edib. Apasport.az saytı xəbər verir ki, xorvatiyalı futbolçunu DÇ-2018-in seçmə mərhələsində Kosova ilə təxirə salınmış oyunun səhəri gün keçirilməsi narazı salıb.

 

Təcrübəli xavbekin fikrincə, ali futbol qurumu futbolçuların maraqlarını nəzərə almır: “Şənbə günü bizə deyildi ki, oynamayacağıq. Bu səbəbdən həmişəki vaxtdan 2-3 saat gec yatdıq. Səhər isə tezdən oyanmalı olduq. Bizə qarşılaşmanın davam etdiriləcəyi bildirildi. Halbuki oyuna hazırlaşmaq üçün vaxtımız qalmamışdı”.

 

Qeyd edək ki, Xorvatiya - Kosova matçı (1:0) güclü yağış səbəbindən təxirə salınmış, səhəri gün davam etdirilmişdi.