[b]“Real”ın portuqaliyalısı Madrid derbisini buraxacaq[/b]
31.10.2016 - 17:50
[b]“Real”ın portuqaliyalısı Madrid derbisini buraxacaq[/b]

Madrid “Real”ı daha bir aparıcı futbolçusunu itirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, müdafiəçi Pepe ən azı 1 aylıq sıradan çıxıb. 

 

İspaniya La Liqasının X turunda “Alaves”lə qarşılaşmanın 24-cü dəqiqəsində zədələnərək əvəzlənən portuqaliyalının durumuna aydınlıq gəlib. Həkimlər Pepenin təxminən 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıblar. Bu isə o deməkdi ki, 33 yaşlı oyunçu XII turda Madrid derbisində “Atletiko” ilə görüşü buraxacaq.

 

Qeyd edək ki, Pepe 2007-ci ildən “Real”ın formasını geyinir.

0