[b]“Real” qələbə qazanıb azərbaycanlı futbolçunu məyus etdi[/b]
04.06.2017 - 20:10
[b]“Real” qələbə qazanıb azərbaycanlı futbolçunu məyus etdi[/b]

Rusiya millisinin və “Spartak”ın azərbaycan əsilli futbolçusu Aleksandr Səmədov Çempionlar Liqasının dünən baş tutan final matçı haqqında fikirlərini bölüşüb. Apasport.az saytının məlumatına görə, Macarıstanla yoldaşlıq oyunundan öncə mətbuat konfransında sualları cavablandıran Səmədov final haqqında da danışıb.

 

O, həlledici görüşdə “Yuventus”a azarkeşlik etdiyini, komandanın məğlubiyyətinə çox məyus olduğunu bildirib.

 

Qeyd edək ki, “Real” finalda “Yuventus” üzərində 4:1 hesablı inamlı qələbə qazanaraq çempion adını qazanıb.