[b]“Real”ın səbri tükəndi, imtina etdi[/b]
07.06.2017 - 19:40
[b]“Real”ın səbri tükəndi, imtina etdi[/b]

“Real” “Mançester Yunayted”in qapıçısı David De Xeanı transfer etməkdən imtina edib. Apasport.az saytının məlumatına görə, buna səbəb ingilislərin həddində çox pul tələb etməsidir.

 

Uzun müddətdir “çərçivə qoruyucusu”nu heyətinə qatmağa cəhd edən “kral klubu” ya futbolçunun öz istəksizliyi, ya da klubun yaratdığı maneələrə görə keçidi reallaşdıra bilmirdi. Son olaraq “Mançester Yunayted”in İspaniya millisinin qapıçısı üçün 75 milyon avro tələb etməsi madridlilərin səbrini daşıran damla olub.

 

İspaniya mətbuatı iddia edir ki, həm baş məşqçi Zidan, həm də rəhbərlik ən az bu yay transferdən vaz keçiblər. Komandanın əsas qapıçısı Keylor Navas olacaq. İkinci dərəcəli “qolkiper” isə Kiko Kasilya qalacaq. “Kastilya”da çıxış edən Zinəddin Zidanın kiçik oğlu Lyuk Zidan isə əsas komandaya yüksələrək üçüncü qapıçı statusu daşıyacaq.

 

Qeyd edək ki, “Real” “Milan”la müqavilə yeniləməyə tələsməyən 18 yaşlı Covanni Donnarumma ilə bağlı yenilikləri isə izləməyə davam edir.