[b]“Rəvan” rəhbərliyi legionerlərə necə hədə-qorxu gəlirmiş?[/b]
05.01.2016 - 17:46
[b]“Rəvan” rəhbərliyi legionerlərə necə hədə-qorxu gəlirmiş?[/b]

“Bir dəfə Azərbaycana baxışa yollanmışdım. Amma orda alınmadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukrayna millisinin və Kiyev “Dinamo”sunun sabiq futbolçusu Aleksandr Yatsenko deyib.

 

Karyerasını 2014-cü ildə başa vuran 31 yaşlı müdafiəçi vətənində verdiyi müsahibədə Azərbaycanda oynamaq variantını xatırlayıb.

 

2013-cü ildə “Rəvan”da baxışda olan ukraynalı burda rastlaşdığı acınacaqlı durumdan qorxaraq, ölkəsinə qaçdığını etiraf edib: “Yerli futbolçular mənə dedilər ki, burda bir legioner var idi. Ya braziliyalı, ya da argentinalı imiş. Ona 3 ay maaş verməyiblər. Klubdan şikayət etmək istəyəndə isə ona hədə-qorxu gəliblər. Braziliyalı da bunu eşitdikdən sonra komanda yoldaşları ilə vidalaşaraq, vətəninə qayıdıb. Bu bir az gülməli olsa da, başa düşdüm ki, orda qalmaq mənlik deyil”.

 

Qeyd edək ki, Yatsenko 2005-ci ildə Ukraynanın əsas yığmasında çıxış edib.

0