“Roma” klubu mövsümün sonunda transfer sahəsində fəallıq göstərməyi planlaşdırır. Apasport.az saytı İtaliya mətbuatına istinadən xəbər verir ki, “canavarlar” yay “transfer pəncərəsi” üçün 40 milyon avro ayıracaqlar.
“Roma” rəhbərliyi hazırda icarə əsasında paytaxt klubunun formasını geyinən oyunçuların transfer hüquqlarını birdəfəlik almaq niyyətindədi. Bu oyunçular Bruno Peres, Dieqo Perotti, Juan Jezus, Mariu Ruy, Federiko Fasio və Emerson dos Santosdu.
Qeyd edək ki, A seriyasının cari mövsümündə 18 turdan sonra 38 xal toplayan “Roma” turnir cədvəlində ikinci pillədə qərarlaşıb.