[b]“Roma” üçün “Qarabağ” nümunəsi[/b]
23.01.2017 - 09:33
[b]“Roma” üçün “Qarabağ” nümunəsi[/b]

İtaliyanın “Roma” klubu tarixinin rekordunu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi A seriyasında ardıcıl 13-cü ev oyununu da qələbə ilə başa vurub.

 

Romalılar buna “Kalyari”ni 1:0 hesabı ilə məğlub etməklə imza atıblar. “Canavarlar”ın tarixində indiyədək yalnız bir dəfə belə uğurlu seriya qeydə alınmışdı. Bu da uzaq 1930-cu ildə qeydə alınıb.

 

87 ildən sonra rekordunu təkrarlayan “Roma” adını cari mövsümdə uğurlu ev seriyasına imza atan klublar sırasına yazdırıb. Azərbaycan çempionu “Qarabağ” da ötən ay qırılan seriyası ilə mövsümün ən yaxşıları sırasındadı. Ağdam təmsilçisinin öz meydanındakı qələbə seriyası daha uzun – 15 matçı əhatə edib. “Canavarlar” təmsilçimizə çatmaq üçün hələ iki qələbə də qazanmalıdı.

 

Qeyd edək ki, “Roma” klub tarixinin mütləq rekorduna imza atmaq üçün növbəti ev matçında “Fiorentina”nı məğlub etməlidi.