[b]“Ronaldo Messidə olan istedadla doğulmayıb”[/b]
01.03.2017 - 10:51
[b]“Ronaldo Messidə olan istedadla doğulmayıb”[/b]

“Ronaldo hücumların başa çatdırılmasında əla çıxış edir. Amma Messinin “qabında” daha çox şey var və digərlərindən fərqlənir”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Las-Palmas” klubunun baş məşqçisi Enrike Setyen deyib.

 

İspaniya çempionatında 13-cü pillədə qərarlaşan komanda La Liqanın XXV turu çərçivəsində Madrid “Real”ının qonağı olacaq.

 

Matçdan öncə “Marca” nəşrinə açıqlama verən Setyen “kral klubu”nun portuqaliyalı oyunçusu Kriştianu Ronaldo ilə “Barselona”nın futbolçusu Lionel Messi arasında müqayisə aparıb: “Söhbət iki fərqli futbolçudan gedir. Ronaldo Messidə olan istedadla doğulmayıb. Buna baxmayaraq, o, çoxu üçün nümunədi. Ümumilikdə isə Messini Ronaldodan güclü futbolçu sayıram”.