“Napoli”nin qapıçısı Pepe Reyna maraqlı açıqlaması ilə diqqət çəkib. Apasport.az saytı xəbər verir ki, ispaniyalı qapıçı Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Real”la baş tutacaq görüşlərdə Kriştianu Ronaldo ilə duelə hazırdı.
Reyna madridlilərlə matçlarda qapısına penalti təyin olunacağı halda, Ronaldonun zərbəsini dəf edə biləcəyini qeyd edib.
34 yaşlı qolkiper həmin məqamda necə davranacağını indidən müəyyənləşdirib: “Penalti zərbəsi vurulanda ilk növbədə konsentrasiyalı olmalıyam. Bundan əlavə, o məqamda Ronaldonun baxışlarını diqqətlə seyr etmək lazım gələcək. Belə anlarda çox amil rol oynayır. Bilirəm ki, Ronaldo kimi təcrübəli futbolçu istənilən halda əsəbləşməyəcək”.
Qeyd edək ki, “Real” və “Napoli” arasındakı ilk görüş sabah Madriddə, cavab qarşılaşması isə martın 7-də Neapolda keçiriləcək.