[b]“Rusiya yolçuları”nın sayı 17-ə çatdı[/b]
10.10.2017 - 01:32
[b]“Rusiya yolçuları”nın sayı 17-ə çatdı[/b]

DÇ-2018-in daha iki iştirakçısının adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Rusiyada təşkil olunacaq mundialda birbaşa iştirak edəcək komandaların sayı 17-ə çatıb.

 

Növbəti şanslı komandalar Serbiya və İslandiya olacaq.

 

Serbiya D qrupunda İrlandiya, Uels, Avstriya, Gürcüstan və Moldovadan güclü olub. 10 oyunun 6-da qələbə qazanıb, 3-də heç-heçə edib, yalnız 1-də uduzan serblər 21 xalla qrup qalibi kimi mundiala vəsiqə qazanıblar.

 

İslandiya isə İ qrupunda Xorvatiya, Ukrayna, Türkiyə, Finlandiya və Kosovo ilə mübarizə aparırdı. 10 oyundan 7-də qalib gəlib, 1-də heç-heçə edən islandlar 2 görüşdə də məğlub olublar. Amma bu, onların 22 xalla qrup birincisi olmasına mane olmayıb.

 

Qeyd edək ki, daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa və Misir yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.