İntizam Komitəsinin bu gün keçirilən iclasında I divizionun XXV turunda da baş verən neqativ hallara görə tətbiq olunan cəzalar açıqlanıb. Apasport.az Peşəkar Futbol Liqasının (PFL) saytına istinadən xəbər verir ki, “Şahdağ” və “Şəmkir” klubları sərt cəzalara məruz qalıblar.
“Şahdağ” – “Şərurspor” matçında ev sahiblərinin iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib, bundan əlavə “Şahdağ” 500 manat cərimələnib.
Turun digər oyunu - “Şəmkir” – MOİK matçının 18-ci dəqiqəsində “Şəmkir”in cəzalı olan baş məşqçisi Kamran Əlibabayev tribunadan meydançaya daxil olaraq komandasının oyunu davam etdirməməyini tələb edib və oyunda 10 dəqiqə məcburi fasilə yaranmasına səbəb olub. Habelə hakimlər briqadasını təhqir edərək onlara hədə-qorxu gəlib. İntizam Komitəsi bütün baş verənləri nəzərə alıb, Kamran Əlibabayevin 12 ay futbol fəaliyyətinə qadağa qoyub, klubu isə 1500 manat cərimələyib. “Şəmkir” meydançanı özbaşına tərk etdiyi üçün, sonradan meydançaya qayıtmasına və oyuna davam etməsinə baxmayaraq daha 1000 manat cəriməyə məruz qalıb.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı