“Barselona” bu yaxınlarda təyyarə qəzasına uğrayan və əksər futbolçusu həlak olan Braziliyanın “Şapekoense” klubuna təklif göndərib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, kataloniyalılar qarşı tərəflə turnirdə üz-üzə gəlmək niyyətindədilər.
Bununla bağlı ispanlar artıq rəsmi təklif də göndəriblər. Belə ki, “Barselona” rəhbərliyi 2017-ci ildə Joan Qamper kubokunda “Şapekoense” ilə qarşılaşmaq istəyində olduğunu bəyan edib. Braziliyalılar bunu qəbul etsələr, 1966-cı ildən bəri hər il təşkil edilən Joan Qamper kuboku çərçivəsində “Barsa” ilə üz-üzə gələcəklər.
Qeyd edək ki, dekabrın 3-də keçirilən “Barselona” – “Real” matçında bilet satışından toplanan 43 milyon avronu Kataloniya təmsilçisi “Şapekoense”nin hesabına köçürmüşdü.
- Mourinyo "El-Klasiko" haqda: "Problem deyil, öhdəsindən gələcəyik”
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər