[b]“Şapokoense”nin xatirəsinə Braziliya-Kolumbiya matçı keçiriləcək[/b]
06.12.2016 - 10:24
[b]“Şapokoense”nin xatirəsinə Braziliya-Kolumbiya matçı keçiriləcək[/b]

Braziliya və Kolumbiya yığmaları yoldaşlıq görüşündə üz-üzə gələcək. Apasport.az saytı xəbər verir ki, qarşılaşma “Şapokoense” klubunun uğradığı təyyarə qəzasında dünyasını dəyişənlərin xatirəsinə həsr olunacaq.

 

Matçdan əldə olunacaq gəlir qəzada həlak olanların ailələrinə veriləcək.

 

Oyun yanvarda baş tutacaq. Matçın dəqiq tarixi və keçirilmə yerinə yaxın müddətdə aydınlıq gələcək. Xeyriyyə xarakterli görüşünü “Marakana” stadionu və ya “Şapokoense”nin meydanında keçirilmək ehtimalı daha çoxdu.

 

Qeyd edək ki, “Şapokoense”nin uğradığı qəza nəticəsində təyyarədə olan 81 nəfərdən 77-si dünyasını dəyişib.