[b]“Səbail” - “Qaradağ Lökbatan” oyununda 4 qol[/b]
18.02.2017 - 19:51
[b]“Səbail” - “Qaradağ Lökbatan” oyununda 4 qol[/b]

Futbol üzrə Azərbaycan çempionatının I divizionunda XVI turun daha 1 oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, günün yeganə qarşılaşmasında “Səbail” “Qaradağ Lökbatan”la qarşılaşıb.

 

Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Eltun Yaqublu, Bayram Budaqov və Orxan Qurbanlının qollarına Sabir Allahquliyev cavab verib.

 

Qeyd edək ki, XVI turdan sonra aktivində 31 xal “Səbail” 3-cü, 25 xallı “Qaradağ Lökbatan” isə 7-ci pillədə qərarlaşıb.

 

Birinci divizion

XVI tur

 

“Səbail” - “Qaradağ Lökbatan” – 3:1

Qollar: Eltun Yaqublu, 25; Bayram Budaqov, 50; Orxan Qurbanlı, 60 – Sabir Allahquliyev, 62