[b]“Səbail” qələbə ilə dönür[/b]
27.01.2017 - 00:12
[b]“Səbail” qələbə ilə dönür[/b]

“Səbail” bu gün Antalyada sonuncu yoldaşlıq görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, rəqib Macarıstanın aşağı dəstə təmsilçisi "Szeged" klubu olub.

 

“Arcadia Hotel”in stadionunda baş tutan oyunda birinci divizion təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Komandanın qollarını Ramazan Abbasov və Orxan Səfiyaroğlu vurub.

 

“Səbail” meydana bu əsas heyətlə çıxıb: Rəşad Əzizli, Saşa Yunisoğlu (K), Anar Babayev, Fərid Səmədzadə, Ramazan Abbasov, Orxan Qurbanlı, Aslan Hüseynov, Eltun Yaqublu, Ruslan Tağızadə, Bayram Budaqov, Mirzağa Hüseynpur

 

Qeyd edək ki, “Səbail” yanvarın 28-i Antalya toplanışını yekunlaşdıracaq və həmin gün günorta saatlarında vətənə dönəcək.