[b]“Səbail”də ayrılıq[/b]
21.08.2017 - 16:12
[b]“Səbail”də ayrılıq[/b]

Azərbaycan Premyer Liqasının debütantı “Səbail”də ayrılıq baş verib. Apasport.az saytı klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Emin Cəfərquliyevlə vidalaşıb.

 

Belə ki, “Səbail”lə müqaviləsi olan futbolçu şəxsi işləri ilə əlaqədar klubdan ayrılmaq istədiyi barədə rəhbərliyə müraciət edib. Onun müraciəti müsbət qarşılanıb və müqaviləyə xitam verilib.
 

Qeyd edək ki, Emin Cəfərquliyev “Səbail”ə bu yay keçmişdi.