[b]“Səbail”in Müşahidə Şurasının yeni sədri bəlli oldu[/b]
08.08.2017 - 20:41
[b]“Səbail”in Müşahidə Şurasının yeni sədri bəlli oldu[/b]

Bu mövsümdən etibarən Premyer Liqada çıxış edəcək “Səbail” Futbol Klubunun Müşahidə Şurasının yeni tərkibi müəyyənləşib. Apasport.az saytının klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, Rəşad Abdullayevin istefasından sonra boş qalan Müşahidə Şurasının sədri vəzifəsinə Əbdülqəni Nurməmmədov seçilib.

 

İxtiyar Asyabi, Cahangir Həsənzadə, Vasif Məmmədov və Firuz Abdulla klubun Müşahidə Şurasının üzvü olaraq fəaliyyət göstərəcəklər.

 

Qeyd edək ki, Rəşad Abdullayevdən başqa  icraçı direktor Yusif Həsənov da şəxsi işləri ilə əlaqədar klubdakı fəaliyyətinə son qoymuşdu.