[b]“Şəmkir”in futbolçusuna ağır cəza[/b]
14.02.2017 - 13:04
I divizionda çıxış edən “Şəmkir”in futbolçusu Cəmil Hacıyev cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, AFFA-nın İntizam Komitəsi XV turun “Şahdağ”la matçında qırmızı vərəqə alan futbolçuya ağır cəza verib.
Oyunun 66-cı dəqiqəsində aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alan Cəmil 4 matçlıq kənarlaşdırılıb. “Şəmkir” futbolçusuna görə 320 manat cərimə ödəyəcək.
0
0