[b]“Sent-Etyen” Lionda büdrədi[/b]
03.10.2016 - 09:33
Avropa Liqasında “Qəbələ”nin rəqibi olan “Sent-Etyen” Fransa çempionatında növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, sent-etyenlilər VIII turun qarşılaşmasında “Lion”un qonağı olub.
Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 41-ci dəqiqədə Dardelin qolu ilə hesabı açan lionlular 89-cu dəqiqədə fərqi artırıb. Bu dəfə Gezal fərqlənib.
Qeyd edək ki, 8 oyunda 12 xal toplayan “Sent-Etyen” 9-cu pillədə qərarlaşıb.
0
0