[b]“Sent-Etyen”lə matçda fəth olunacaq “əlli"lik[/b]
02.11.2016 - 15:00
[b]“Sent-Etyen”lə matçda fəth olunacaq “əlli"lik[/b]

Avropa Liqasının IV turunun “Sent-Eryen”lə qarşılaşması “Qəbələ”nin futbolçusu Rəşad Sadiqov üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi qitənin ikinci dərəcəli klub turnirində 50-ci matçını keçirəcək.

 

O, adaşı Rəşad Sadıqovdan sonra qitə miqyaslı eyni turnirdə 50 və daha çox oyun keçirən 2-ci azərbaycanlı kimi tarixə düşəcək. Əvvəllər UEFA kuboku adlanan bu turnirdə 53 oyun keçirən sonuncunun 50-ci matçı qrup mərhələsinin “Slovan”la ilk turdakı görüşünə təsadüf etmişdi.

 

Sadiqov isə avrokuboklarda ümumilikdə 66-cı oyununa çıxacaq. 7 qol vuran yarımmüdafiəçi 3 müxtəlif turnirin iştirakçısı olub. Çempionlar Liqasında 11 matçda 1, İntertoto kubokunda 5 görüşdə 2 dəfə fərqlənən Rəşada yubiley qeyd edəcəyi Avropa Liqasında 49 dəfə meydandan olub. 50-ci qarşılaşma öncəsi onun hesabında 4 top var.

 

Bu yarışda hələ UEFA kuboku adlandığı vaxt – 2007-ci ildə debüt edən yarımmüdafiəçi “Neftçi”nin Avstriya “Rid”i ilə matçlarında forma geyinib. O, Avropa Liqasındakı 49 matçdan 10-nu “ağ-qaraıar”ın heyətində keçirib və 1 qola sevinib. “Qarabağ”la 19 belə oyunun iştirakçısı olan Sadiqov 3 dəfə rəqib qapılarına yol tapıb.

 

İkinci mövsümdü çıxış etdiyi “Qəbələ”dəki 20 avrokubok matçının hamısını bu turnirdə keçirən Rəşad əvvəlki oyunlarda qol vurmayıb.

 

Qeyd edək ki, sabah keçiriləcək “Qəbələ” – “Sent-Etyen” görüşü 8-ci km qəsəbə stadionunda baş tutacaq.