[b]“Şeydayevlə Mahmudov bizim milliyə uyğun deyil” - FOTO[/b]
19.09.2016 - 09:47
[b]“Şeydayevlə Mahmudov bizim milliyə uyğun deyil” - FOTO[/b]

“Ramil Şeydayev və Emin Mahmudov vətəndaşlıqlarını dəyişərək, Azərbaycan yığmasında oynamağa qərar verdilər. Bu, onların seçimidi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Moskva “Spartak”ının sabiq baş məşqçisi Valeri Karpin deyib.

 

Keçmiş futbolçu ölkəsinin mətbuatına müsahibəsində Ramil Şeydayev və Emin Mahmudovun Azərbaycan millisini seçməsinə toxunub.

 

O bildirib ki, Şeydayevlə Mahmudovun qərarı Rusiya yığması üçün itki sayılmamalıdı: “Bu gün həmin futbolçular səviyyə baxımından bizim milliyə uyğun gəlmirlər. Buna görə də, Azərbaycan yığmasını seçdilər. Çünki öz peşəkar keyfiyyətləri ilə həmin milliyə uyğun gəlirlər. Artıq indidən Azərbaycan yığmasının əsas heyətində oynaya bilərlər. Demək olmaz ki, Şeydayevlə Mahmudovun Azərbaycan millisini seçməsi Rusiya üçün ciddi itkidi. Bizim yığma Mahmudov və Şeydayevlə daha güclü ola bilməzdi”.

 

Qeyd edək ki, karyerası ərzində “Real Sosyedad”, “Valensiya” və “Selta” kimi klubların formasını geyinmiş Karpin məşqçiliyə 2009-cu ildə başlayıb. O, bu vaxta qədər Moskva “Spartak”ı, “Malyorka” və Armavir “Torpedo”sunu çalışdırıb. 

0