[b]“Skenderbeu” Çempionlar Liqasından qovuldu[/b]
08.07.2016 - 10:22
[b]“Skenderbeu” Çempionlar Liqasından qovuldu[/b]

Avropa Liqasının “Slovan” – “Partizani” qarşılaşmasının keçirilməməsinin səbəbi açıqlanıb. Apasport.az saytının məlumatına görə, buna səbəb Albaniya təmsilçisinin qitənin ikinci dərəcəli klub turnirini tərk etməsidi.

 

Belə ki, “Partizani” Avropa Liqasında “Slovan”la ilk qarşılaşmanı keçirsə də (0:0) səfər oyunu öncəsi şad xəbər alıb. Komanda Çempionlar Liqasına göndərilib.

 

Məsələ ondadı ki, Albaniya çempionu “Skenderbeu” danışılmış oyunlarda iştiraka görə 1 mövsümlük avrokuboklardan kənarlaşdırılıb. Amma klub apellyasiya şikayəti etdiyindən püşkatmaya qatılıb. Onların müraciətinə müsbət cavab gəlmədiyindən isə ölkə çempionatının gümüş mükafatçısı “Partizani” əvəzləyib. Bu komanda II təsnifat mərhələsində Macarıstanın “Ferensvaroş” klubu ilə görüşəcək.