[b]“Şkendiya”nın kapitanı: Favorit “Neftçi”di[/b]
20.07.2016 - 12:39
[b]“Şkendiya”nın kapitanı: Favorit “Neftçi”di[/b]

“Neftçi” çox güclüdü. Bu komandanın heyətində əla futbolçular var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Makedoniyanın “Şkendiya” klubunun kapitanı Ferhan Hasani deyib.

 

26 yaşlı cinah yarımmüdafiəçisi Avropa Liqasının II təsnifat mərhələsinin sabah “Neftçi” ilə Skopyedə keçiriləcək matçı haqda fikirlərini açıqlayıb. “Bakıda keçirilən ilk qarşılaşmada inamlı və yaxşı oynadıq. Bu da bizə nəticə əldə etməyə imkan verdi. Həmin nəticə növbəti mərhələ şanslarımızı saxlamaq imkanı verir. İlk görüşün 0:0 hesabı ilə nəticələnməsi cavab matçında gərgin mübarizə vəd edir. Etiraf edim ki, Bakıdan heç-heçə ilə qayıtsaq da, fikrimi dəyişməmişəm, yenə də “Neftçi”nin favorit olduğunu düşünürəm. Amma biz də onları mübarizədən kənarlaşdırmaq istəyirik və bunun üçün mübarizə aparacağıq”.

 

Qeyd edək ki, Makedoniya milisində 23 oyunda 1 qol vuran Hasani “Volfsburq” və “Brondbü”də də çıxış edib.