[b]“Slovan”ın ikinci qələbəsi[/b]
03.10.2016 - 09:55
Çexiya çempionatında IX turun qarşılaşmaları baş tutub. Apasport.az saytının məlumatına görə, Avropa Liqasında “Qarabağ”ın rəqibi olan “Slovan” öz meydanında “Teplitse” ilə qarşılaşıb.
Liberets təmsilçisi ev oyununu 2:0 hesablı qələbə ilə başa vurub. “Slovan”ın qollarını Folprext və Breydi vurub.
Mövsümdə 2-ci qələbəsini qazanan liberetslilər xal hesabını 8-ə çatdırıb. 1 oyun az keçirən “Slovan” 16 komanda arasında 14-cü pillədə qərarlaşıb.
0
0