[b]“Slovan”ın kapitanı “Qarabağ”la oyunu buraxacaq[/b]
13.09.2016 - 16:44
[b]“Slovan”ın kapitanı “Qarabağ”la oyunu buraxacaq[/b]

Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində “Qarabağ”ın qonağı olacaq “Slovan” Bakıdakı matça itki ilə çıxacaq. Apasport.az Çexiya klubunun saytına istinadən xəbər verir ki, liberetslilərin kapitanı Lukaş Pokorni bu görüşdə iştirak etməyəcək.

 

Buna səbəb adıçəkilən futbolçunun zədələnməsidi. Dizindən zədələnən Pokorni Azərbaycana gətiriləcək heyətdə yer almayacaq.

 

Klubun saytına açıqlama verən Pokorni qaçanda ayağında ağrı hiss etdiyini bildirib: “Çox istərdim ki, qarşıdakı oyunlarda komandama kömək edim. Amma zədə almağım planımı korladı”.

 

Pokorninin təxminən 5 həftədən sonra yaşıl meydanlara qayıdacağı proqnozlaşdırılır.

 

Qeyd edək ki, “Qarabağ” – “Slovan” matçı sentyabrın 15-də “Dalğa Arena”da keçiriləcək.