[b]“Sportinq” oynadı, Budaqdan xəbər yoxdu[/b]
16.04.2017 - 14:36
[b]“Sportinq” oynadı, Budaqdan xəbər yoxdu[/b]

Portuqaliya Sequndasında XXVI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoruduğu "Sportinq B" növbəti oyununa çıxıb.

 

“Zolaqlılar” doğma meydanda "Madeyra" ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

Nəsirovun adı oyunun iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, "Sportinq"in ikinci komandası hazırda 50 xalla 22 komanda arasında 12-ci pillədə qərarlaşıb.