[b]“Sportinq”dən Budaqlı qələbə[/b]
01.10.2017 - 00:17
Portuqaliya Sequndasında IX turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, azərbaycanlı oyunçu Budaq Nəsirovun formasını geyindiyi “Sportinq”in B komandası növbəti matçını keçirib.
“Zolaqlılar” doğma meydanında “Santa Klara”nı qəbul edib. Liderlə qarşılaşmada meydan sahibləri 4:3 hesablı qələbəyə seviniblər.
Matça start heyətində başlayan Budaq Nəsirov 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, “Sportinq” 9 turdan sonra 13 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0