“Sumqayıt”ın məğlubiyyətsiz oyunlar seriyasına son qoyulub. Apasport.az saytının məlumatına görə, “Gənclik şəhəri” təmsilçisi Azərbaycan Premyer Liqasında 106 gündən sonra uduzub.
XVIII turda “Neftçi”yə yenilən (0:1) sumqayıtlılar sonuncu dəfə digər Bakı klubu “İnter”ə “boyun əymişdi”. X turun qarşılaşmasında paytaxt futbolçuları 3:1 hesabı ilə qalib gəlmişdi.
Bundan sonra isə Samir Abasovun yetirmələri ardıcıl 7 qarşılaşmada yenilgi görməmişdi. “Neftçi” (2:0), “Zirə” (1:0) və “Kəpəz”i (3:1) məğlub edən “Sumqayıt” “Kəpəz” (0:0), AZAL (1:1), “Qəbələ” (1:1), “İnter”ə (2:2) qarşı matçlarda 1 xal qazanmışdı. Bir sözlə, 7 məğlubiyyətsiz görüş sumqayıtlılara 13 xal bəxş etmişdi.