[b]“Sumqayıt” - yağlı tikə[/b]
02.03.2015 - 17:45
[b]“Sumqayıt”  - yağlı tikə[/b]

Topaz Premyer Liqasının XXIV turu daha bir cütdə eyni komandanın 3-cü dəfə rəqibini məğlub etməsi ilə başa çatıb. Apasport.az saytının məlumatına görə, səfərdə “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edən “Neftçi” rəqibindən aldığı xalların sayını 9-a çatdırıb.

 

I dövrədə də eyni hesabla qalib gələn “ağ-qaralar” evdə keçirdiyi II dövrənin matçında 3 xalı 3 qolla qazanıb – 3:2. 9 xal üçün 5 qol vurub, 2-ni buraxan bakılılar mövsümün 4-cü belə hadisəsinin müəllifi olub.

 

Bunadək eyni komandanın bütün oyunlarda rəqibini udması, yəni “abunə” faktını iki dəfə “Qarabağ”, 1 dəfə “İnter” gerçəkləşdirib. Qurban Qurbanovun yetirmələri AZAL-ı 6:1 (3:0, 2:1, 1:0), “Simurq”u 5:2 (1:0, 3:2, 1:0), Kaxaber Sxadadzenin komandası isə “Bakı”nı 12:0 (7:0, 1:0, 4:0) hesabı ilə üstələyib.