[b]“Sumqayıt” aşağı liqa klubuna uduzdu - VİDEO[/b]
26.07.2017 - 09:38
[b]“Sumqayıt” aşağı liqa klubuna uduzdu - VİDEO[/b]

Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt" növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Boluda hazırlıq keçən sumqayıtlılar öncədən planlaşdırılan axşam məşqinin əvəzinə yoxlama matçına çıxıb.

 

Təmsilçimiz TFF 1-ci Liqa təmsilçisi “Adana Demirsror”la üz-üzə gəlib. Görüş Türkiyə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda “Sumqayıt”ın yeganə qolunu Rəşad Eyyubov vurub.

 

Qeyd edək ki, “Sumqayıt” Türkiyədə son yoxlama oyununu iyulun 28-də Səudiyyə Ərəbistanı təmsilçisi “Al-Taavun” komandasına qarşı keçirəcək.

 

Yoxlama oyunu

“Adana Demirsror” – “Sumqayıt” - 2:1
Qollar: 
Mendi, 8. Lalavele, 70 - Rəşad Eyyubov, 88. 
“Sumqayıt”: 23. Mehti Cənətov, 2. Rail Məlikov, 13. Bəhlul Mustafazadə, 8. Nicat Muxtarov, 90. Ramil Həsənov, 39. Tural Bayramlı, Məhəmməd Alıyev, 21. Ramil Orucov, 6. Vüqar Bəybalayev, 11. Ehtiram Şahverdiyev, 9. Amil Yunanov

Oyuna sonradan daxil olanlar: 18. Tural Axundov, 32. Rəşad Eyyubov, 10. Cavid İmamverdiyev, 6. Kamal Mirzəyev

Baş məşqçi: Samir Abasov

Bolu, Termal Hotelin stadionu