[b]“Sumqayıt” Boluya gedəcək[/b]
13.05.2017 - 12:31
[b]“Sumqayıt” Boluya gedəcək[/b]

Növbəti mövsümün planlarını quran “Sumqayıt”ın təlim-məşq toplanışı üçün hansı ölkəyə yollanacağına aydınlıq gəlib. Klubun baş meneceri Ceyhun Sultanovun apasport.az saytına verdiyi məlumata görə, “gənclik şəhəri” təmsilçisi Türkiyəyə gedəcək.

 

Hazırlıq üçün Bolunu məkan seçən “Sumqayıt”ın qardaş ölkəyə səfəri iyulda baş tutacaq. Toplanışın konkret hansı tarixlərdə baş tutacağı isə hələ bəlli deyil. Samir Abasovun yetirmələri Boluda 4 yoxlama oyunu keçirəcəklər. Hazırda rəqiblərin müəyyənləşməsi istiqamətində danışıqlar aparılır.  

 

Mövsüm başa çatan kimi Fərhad Vəliyev, Rail Məlikov, Vurğun Hüseynov və Bəxtiyar Həsənalızadə ilə yeni müqavilə bağlayıb, Tural Axundov, Vüqar Bəybalayev, Cavid İmamverdiyev və Kamal Mirzəyevlə anlaşan   “Sumqayıt” transfer çalışmalarını yekunlaşdırmaq üzrədi. Klub razılığa gəldiyi daha 2 futbolçu - Cavid Tağıyev və Rəşad Eyubovla da münasibətləri bu günlərdə rəsmiləşdirəcək.

 

Qeyd edək ki, mövsüm bitəndən sonra “Sumqayıt”dan gedən futbolçular isə Mirabdulla Abbasov, Kamran Abdullazadə, Yusif Nəbiyev, Məhəmməd Qurbanov, Ayaz Mehdiyev, Mikayıl Rəhimov, Tərlan Əhmədli, Nasir Abilayev və Seymur Əsədov olub.