[b]“Sumqayıt” itkisiz davam edir[/b]
08.08.2017 - 22:23
[b]“Sumqayıt” itkisiz davam edir[/b]

Azərbaycan Premyer Liqasının I turunda “Kəpəz”lə qarşılaşacaq “Sumqayıt” bu oyuna hazırlığı davam etdirir. Apasport.az saytının məlumatına görə, sözügedən kollektiv bu gün növbəti məşqini keçirib.

 

Məşq prosesi əsasən toplu çalışmalar və taktiki gedişlər üzərində baş tutub. Təxminən 1.5 saat davam edən hazırlıqda zədəli futbolçu yer almayıb.

 

Qeyd edək ki, “Sumqayıt” – “Kəpəz” qarşılaşması avqustun 13-də Sumqayıtda keçiriləcək və saat 21:00-da start götürəcək. Oyun "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.