[b]“Sumqayıt” Rumınya çempionu ilə oynayacaq[/b]
17.01.2016 - 14:45
[b]“Sumqayıt” Rumınya çempionu ilə oynayacaq[/b]

Antalyada təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” qonşu ölkədə üç yoxlama oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, artıq rəqiblərin kimliyinə də aydınlıq gəlib.

 

“Kimyaçılar” ilk yoxlama matçına bu gün çıxacaq. Bakı vaxtı ilə saat 19:00-da başlayacaq görüşdə Samir Abasovun rəhbərlik etdiyi komanda Qazaxıstan təmsilçisi “Akjayık”la üz-üzə gələcək. Ural təmsilçisi başa çatmış mövsümdə 53 xal toplayaraq Qazaxıstan 1-ci liqasının qalibi olub və Premyer Liqaya vəsiqə qazanıb.

 

“Sumqayıt” növbəti yoxlama oyunlarını Rumınya yüksək liqa klublarına qarşı keçirəcək. “Gənclik şəhərinin təmsilçiləri” yanvarın 20-də “Voluntari”, 22-də isə 4 dəfə ölkə çempionu olmuş “Petrolul”la üz-üzə gələcək.

 

Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

(klub saytı)

0