[b]“Sumqayıt” Türkiyəyə yollanır[/b]
11.07.2017 - 13:54
“Sumqayıt” Premyer Liqanın 2017-18 mövsümü üçün hazırlıq prosesinin ikinci mərhələsini ölkə xaricində keçirəcək. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “gənclik şəhəri” təmsilçisi Türkiyəyə yollanacaq.
Komanda baş məşqçi Samir Abasovun rəhbərliyi altında iyulun 15-dən 29-dək Türkiyənin Bolu bölgəsində hazırlaşacaq.
“Sumqayıt” qonşu ölkədə 4 yoxlama matçı keçirməyi planlaşdırır. Lakin rəqiblərin kimliyi hələ bilinmir. Komanda Bolunun “VON Resort Hotel”ində məskunlaşacaq.
0
0