[b]“Sumqayıt”dan qolsuz heç-heçə[/b]
19.07.2016 - 09:17
[b]“Sumqayıt”dan qolsuz heç-heçə[/b]

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Samir Abasovun yetirmələri Türkiyə 1-ci liqa təmsilçisi "Adana Dəmirspor"la qarşılaşıb.

 

Qızılcahamamda baş tutan görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. İlk yoxlama matçında “Əl-Xaley”ə (Səudiyyə Ərəbistanı) 1:3 hesabı ilə uduzan sumqayıtlılar təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu iyulun 20-də keçirəcək.