[b]Rasim Ramaldanov yeni komandasına qoşulur[/b]
26.01.2016 - 11:56
[b]Rasim Ramaldanov yeni komandasına qoşulur[/b]

Rasim Ramaldanovun yeni komandasının adına rəsmən aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü “Sumqayıt”la razılığa gəlib.

 

Qış fasiləsində “Xəzər Lənkəran”dan ayrıldıqdan sonra “Zirə”yə keçidi baş tutmayan Ramaldanov “gənclik şəhəri” təmsilçisi ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. Məlumatı klubun baş meneceri Ceyhun Sultanov da əməkdaşımızla söhbətində təsdiqləyib. O, Rasimin bu gündən etibarən komanda ilə birlikdə məşqlərə qoşulacağını söyləyib.

 

Sultanov bununla da qış “transfer pəncərəsi”ni bağladıqlarını və daha heç kimi heyətə cəlb etməyəcəklərini əlavə edib.

 

Qeyd edək ki, “Sumqayıt” buna qədər Vaqif Cavadov, Kənan Manafov, Nicat Muxtarov, Eltun Yaqublu və Səlahət Ağayevi transfer etmişdi.