[b]“Superkubok oyununun Bakıda keçiriləcəyindən xəbərin varmı?”[/b]
05.06.2017 - 15:45
[b]“Superkubok oyununun Bakıda keçiriləcəyindən xəbərin varmı?”[/b]

Futbol üzrə Türkiyə Superkubokunun oyunu Bakıda keçirilə bilər. Apasport.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu haqda “Beşiktaş”ın prezidenti Fikrət Orman məlumat verib. Superkubok matçı çempion “Beşiktaş”la kubokun qalibi “Konyaspor” arasında avqustun 6-da təşkil ediləcək. Ölkəsinin mediasının açıqlamasında o, kuboku qazanmaları münasibəti ilə “Konyaspor”un prezidenti Əhməd Şanı telefonla təbrik etdiyini bildirib:  "Bu zaman o mənə dedi ki, superkubok oyununun Bakıda keçiriləcəyindən xəbərin varmı? "Xəbərim yoxdu", söylədim. Orada keçirilərsə, yaxşı olar. Azərbaycanda oynamaq istərik” ( futbolinfo).