[b]“Televizorun qarşısında oturmaqla mübarizə aparmaq olmaz”[/b]
10.01.2017 - 10:42
[b]“Televizorun qarşısında oturmaqla mübarizə aparmaq olmaz”[/b]

“Barselona”nın futbolçularının FİFA-nın mükafatlandırma mərasiminə qatılmaması Dieqo Maradonanın narazılığına səbəb olub. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, əfsanəvi futbolçu Kataloniya klubunun üzvlərinin bu hərəkətindən gileylənib.

 

Xüsusilə Messiyə görə məyus olduğunu deyən Maradona maraqlı fikir səsləndirib: “Evdə televizorun qarşısında oturmaqla nəsə uğrunda və ya kiminləsə mübarizə aparmaq olmaz. “Barselona” klubunun bu cür vacib mərasimə niyə qatılmadığını bilmirəm. Onların öz prioritetləri var və bunlardan biri Messinin mərasimdən kənarda qalması oldu. Əgər “Barselona”nın futbolçuları FİFA-nın mükafatlandırma mərasiminə qatılsaydılar, qələbə üçün daha çox şansları olardı. Ancaq onlar fərqli qərar qəbul etdilər”.

 

FİFA-nın versiyasına əsasən, “Barselona”nın 4 futbolçusu Lionel Messi, Luis Suares, Xerard Pike və Andres İnyesta ilin simvolik komandasında yer alıb. Messi ilin ən yaxşı oyunçusu adına namizəd olsa da, birinciliyə Madrid “Real”ının futbolçusu Kriştianu Ronaldo layiq görülüb.