[b]“Topaz”da 250 min manat qazandı[/b]
10.01.2017 - 11:29
[b]“Topaz”da 250 min manat qazandı[/b]

İdman-mərc oyunları rəsmi operatoru “Topaz”da növbəti möhtəşəm uduş qeydə alınıb. Apasport.az saytının məlumatına görə, Bakı sakini Elnur Bayramov İlham oğlu 2 manat məbləğində mərc edərək, 250 000 manat uduşun sahibi olub.


Bayramov bu məbləği yanvarın 7-də qazanıb. O, 5 oyunun hesabını dəqiq proqnozlaşdırmaqla, uduşa nail olub.


Qeyd edək ki, “Topaz”ın bütün uduşları dövlət təminatlıdı. 2016-cı il ərzində “Topaz” dan qazanılmış ümumi uduş məbləği 137,548,476 manat təşkil edib.